• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda İİV-yə yoluxanların sayı 2 dəfə azalıb

Azərbaycanda İİV-yə yoluxanların sayı 2 dəfə azalıb
27.02.2024 11:19
Azərbaycanda  İİV infeksiyasına (İnsanın İmmunçatışmazlığı Virusu) yoluxanların sayı 2 dəfə azalıb. Bu barədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Səbuhi Əliyev deyib.
 
"Ölkəmizdə risk qrupları ilə aparılan zərərin azaldılması proqramları nəticəsində inyeksion narkotik istifadəçiləri arasında İİV-ə yoluxanların sayının 2 dəfə azalmasına nail olunub. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin risk qrupları arasında həyata keçirdiyi məqsədli fəaliyyəti sayəsində Azərbaycanda epidemiyanı təmərküzləşmiş səviyyədə və daxil olduğumuz Şərqi Avropa və Mərkəzi Asiya regionunun ölkələri arasında son yerlərdə saxlamaq mümkün olub. Eyni zamanda, Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində İİV üzrə göstəricilərdən asılı olmayaraq, xəstəyə yoluxmanın aşkarlandığı vaxtdan, antiretrovirus terapiya proqramına cəlb olunması üçün təminat təşkil olunub", - Səbuhi Əliyev Səhiyyə Nazirliyinin rəsmi saytında müsahibəsində bildirib. 
 
1987-ci ildən 2023-cü ilin sonuna qədər Azərbaycanda 9 258 İİV xəstəsi rəsmi qeydiyyata alınıb. 
 
Yoluxanların  69,5 %-i kişilər, digər faizi isə qadınlardır. 
 
Bundan əvvəl Ümümdünya Səhiyyə Təşkilatı açıqlamasında bildirib ki,qQlobal miqyasda 9,2 milyon insanın müalicəyə çıxışı yoxdur, hər gün 1700 insan HİV ilə əlaqəli səbəblərdən ölür. Daha 3500 nəfər yoluxub, onların çoxu statusunu bilmir və ya müalicə almaq imkanı yoxdur.
 
Gülnar 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol