Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü yerdədir

Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü yerdədir. Bunu "Minalar Əlehinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov deyib.
"2023-cü il 58 nəfər mina və PHS qurbanı olub. 19 nəfər ölüb. 39 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Hesabat dövründə zərərçəkənlərin hamısı kişi olub. Mina partlayışları Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz ərazisində baş verib",- Səfixanov fevralın 27-də "Minalar Əlehinə Azərbaycan Kampaniyası" ictimai birliyinin hesabatını təqdim edərkən bildirib.
1991-ci ildən Azərbaycanda 3420 nəfər mina qurbanı olub. Onların 595 nəfəri həlak olub, 2694 nəfəri yaralanıb. Zərərçəkənlərin 131 nəfəri kasetli silah qurbanı olub. Həmin qurbanların 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























