Azərbaycanın qonşu ölkələr ilə sərhəddə ancaq İran ərazisində minaların olduğu aşkarlanıb

Azərbaycanın qonşu ölkələri ilə sərhəddə ancaq İran ərazisində minaların olduğu aşkar edilib. Bunu "Minalar Əlehinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov deyib.
"Biz Azərbaycanla qonşu ölkələrin ərazilərindəki sərhədlərlərin ətrafının minalanmasını araşdırdıq. Yalnız İranla sərhəddə sərhəd bölgələrin minalanmasını aşkar etdik.Cəbrayılın bir neçə kəndi və Araz boyu ərazilərin minalanması müəyyən edilib",- Səfixanov fevralın 27-də "Minalar Əlehinə Azərbaycan Kampaniyası" ictimai birliyinin hesabatını təqdim edərkən deyib.
O bildirib ki, Naxçıvanla sərhəddə Türkiyə və İran ərazisində mina aşkar edilməyib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























