Yeni doğulan uşaqlara süni qidaların verilməsi halları artıb- Əhliman Əmiraslanov

Azərbaycanda yeni doğulan uşaqlara süni qidaların verilməsi halları artıb. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Ana südündən istifadə edən uşaqların sayı azalıb. Bu təhlükəli prosesdir. Xarici ölkələrdə süni qida maddələrinin reklamı qəti qadağandır. Bu reklamı etməklə uşağın ana südü ilə qəbul etməsinin qarşısını alınır. Uşaq üçün ana südündən qiymətli lazım olan qida yoxdur. Süni qida maddələri nə qədər zəngin də olsa da, ana südünü əvəz edə bilməz”, - komitə sədri fevralın 27-də Milli Məclisin Səhiyyə Komitəsində "Qida təhlükəsizliyi haqqında” qanuna münasibət bildirərkən deyib.
Deputat vurğulayıb ki, süd vəzi xərçəngi ən çox ana südü verməyən analarda qeydə alınır.
Əmiraslov həmçinin gənc analarda təbii doğuşdan çox keysəriyyə doğuşun artdığını əsas gətirirək bunun doğru olmadığını söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























