26 inzibati ərazidə 460 su təmizləyici qurğular quraşdırılıb - Nazir müavini

Ölkə üzrə 26
inzibati zonada 460 ədəd içməli su təmizləyici qurğular quraşdırılıb. Bunu Ekologiya
və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
"Su ilə bağlı vahid baza yaradılıb. Həmin bazaya 313 mənbədən məlumatlar daxil olub. Həmçinin suyun idarəsi üçün milli stategiya layihəsi də hazırlanıb. 26 inzibati zonada 460 ədəd içməli su təmizləyici qurğular fəaliyyət göstərir ki, bununla da suyun kefiyyətini ölmək mümkündür. Xocansən gölünün ətrafında tulantılar olan ərazidə 3 ədəd su təmizləyici qurğu quraşdırılıb”, - nazir müavini fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə çıxışında bildirib.
Nazir müavini bildirib ki, son 10 ildə içməli su ilə bağlı yaxşı göstəricilər əldə olunub. Böyük və Kiçik Qafqazda sululuq artıb, amma gələcək riskləri nəzərə alıb arxaynlaşmaq olmaz.
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib