Deputat sudan səmərəsiz istifadə edənlərə cərimə tətbiq olunmasını təklif edib

Sudan səmərəsiz istifadə edilən
şəxslərə cərimlər tətbiq olunsa suya olan münasibət bərpa oluna bilər. Bunu
deputat Fəzail Ağamalı deyib.
"Hələ də insanların suya olan münasibəti xoşagələn deyil. Bəzən krantları açıq qoyurlar. Təklif edirəm ki, Cinayət Məcəlləsində və İnzibati xətalar Məcələsində müddəa əlavə etməliyik. Cərimələr tətbiq etməliyik. Bunun nəticələri yaxşı olar”, - deputat fevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə çıxışında bildirib.
Ağamalı bildirib ki, Bakının bir sıra kəndlərində kanalzasiya sistemlərində ciddi problemlər hələ də qalır. Bunun üçün Dövlət Su Ehtiyatları Agentliyinin yeni layihə hazırlayıb prezidentə və baş nazirə verməsini təklif edib.
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib