Sabah Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

Sabah paytaxtın Xəzər, Xətai və Yasamal rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bu barədə "Azəriqaz" məlumat yayıb.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























