Narkoloji müalicə üçün özəl sektorun grant almasına ehtiyac var - Deputat

Narkoloji müalicələr istiqamətində özəl sektorun beynəxalq təşkilatlardan grant alması üçün şərait yaradılmalıdır. Bunu deputat Fazil Mustafa deyib.
"Dövlətin bu istiqamətdə müalicəsi yetərli deyil. Ombusdman bu istiqamətdə təşəbbüs göstərə bilər. Özəl müəssisələrdə markotik müalicəsi var. Bu müalicə isə vəsait tələb edir. Siyasi məsələləri başa düşdük. Amma narkoloji müalicə ilə məşğul olan özəl sektora şərait yaradılmalıdır ki, beynəxalq təşkilatlardan grant ala bilsin. Özümüz həll edə bilmədiyimiz problemlərin həlli üçün yollar açmalıyıq. Beynəxalq təşkilatların da bu məsələlərdə dəstəyə maraqlıdır", - deputat fevralın 29-da Milli Məclisin İnsan Hüquqları Komitəsində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























