Ən çox insanların əmək hüquqları pozulur - Hüquq müdafiəçisi

Azərbaycanda ən çox insanların əmək hüquqları pozulur. Bunu Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı deyib.
"Son bir il ərzində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2o maddəsi pozulub, 27 işçi xəsarət alıb, 5 nəfər ölüb. Şikayətlərin araşdırılmasında bir nəfər də olsun cəzalandırılmır. Ölüm səbəbi normal iş şəraitinin olmamasıdır. Hava və dəniz nəqliyyatı 60-ci illərə məxsusdur. Təkcə hava nəqliyyatı 7 dəfə tüstülənib. Əmək Müfəttişliyi öz funksiyasını zəif yerinə yetirir və nəticədə işə götürənlər bundan istifadə edir. Əmək Məcəllsəsinə bu qədər pozuntu olduğu halda heç kim cəzalandırılmadığı üçün işəgötürənlər bundan istifadə edir”, - Neftçilərin hüquq müdafiəçisi fevralın 29-da Milli Məclisdə İnsan Hüquqları Komitəsinin "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində çıxışı zamanı bildirib.
QHT sədri təklif edib ki, Əmək Məcəlləsinə ciddi dəyişiklik olmalıdır və təkliflər zamanı QHT rəhbərlərinin fikirləri nəzərə alınmalıdır.
Gülnar Nazimqızı
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib