Bələdiyyələrin birləşdirilməsi onların inkişafına müsbət təsir edəcək - Deputat

Bələdiyyələrin birləşməsi onların inkişaf etməsi üçün şərait yaradacaq. Bunu Milli Məclisin Regional Məsələlər üzrə komitəsinin sədri Siyavuş Novruzov deyib.
"Bəzi elə kəndlər var ki, onların tarixi formalaşıb. Həmin kəndlərdə bələdiyyələrin birləşməsi prosesi olmayacaq. Amma ümumilikdə bələdiyyələrin birləşməsi onların inkişafına yaxşı təsir edəcək", - komitə sədri martın 1-də Milli Məclisdə Regionala mələlər üzrə komitədə çıxışında bildirib.
Bundan əvvəl Novruzov söyləyib ki, bələdiyyələrlə bağlı yeni qanun hazırlanır. Həmin qanuna görə əhali sayı 3000 mindən az olan bələdiyyələrin birləşdirilməsi nəzərdə tutulur.
Azərbaycanda 2024-cü il bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyələrin fəaliyyəti ilə bağlı bəzi müzakirələr aparılır. Belə ki, bələdiyyələrə səlahiyyətlərin verilməsi təklif olunur.
Hazırda Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























