• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Sağlamlıq Mərkəzində uşaq narkozdan komaya düşüb- İDDİA

Bakı Sağlamlıq Mərkəzində uşaq narkozdan komaya düşüb-  İDDİA
01.03.2024 13:54
Vətəndaş Zamin Babayevin 11 yaşlı övladı Bakı Sağlamlıq Mərkəzində dişi müalicə olunarkən, yüksək dozada narkoz verilməsini əsas gətirərək uşağın komaya düşdüyünü deyir. Bu barədə o anews.az-a şikayətində bildirib.
 
"Uşağımın daimi dişlərindən birində problem yarandığı üçün Bakı Sağlamlıq Mərkəzində stomataloqa müraciət etdik. Müayinə zamanı bizim icazəmiz alınmadan xəstəxananın aneztezioloqu Fərəh Amanova uşağıma narkoz verib, nəticədə övladım komaya düşüb. Övladım 3 gün orda qalıb. MRT üçün Bakı Diaqnostika Mərkəzinə aparılıb. Diş həkimi Bəhruz Rüstəmov problemin onunla bağlı olmadığını deyir, bildirir ki, bu anestoloqun səhvindən baş verib. Ərizə yazıb övladımı Mərkəzi Klinik Xəstəxanaya apardım. Uşağım hazırda aparata qoşuludur. Beyninin bir hissəsi zədələnib. Artıq övladım 9 gündür komadadır və ayılmama riski var", - Zamin Babayev bildirib.
 
Vətəndaş bununla bağlı Baş Prokurorluğa rəsmi müraciət etdiyini söyləyir. Həmçinin vurğulayır ki, övldına narkoz verən həkim nə ortalıqda yoxdur, nə də Bakı Sağlamlıq Mərkəzi baş verən hadisəyə görə narahat deyil.
 
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən anews.az-a  bildirildi ki, baş verən hadisə ilə bağlı açıqlama veriləcək.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol