Fevralda 56 nəfər yol qəzasının qurbanı olub

Fevralda ölkə ərazisində 56 nəfərin ölməsi ilə nəticələnən 98 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin aylıq hesabatında qeyd olunub.
Ay ərəzində baş verən qəza hadisələri fonunda 81 nəfər xəsarət alıb.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayında 18%, yaralanların sayında isə 24% azalma var.
Azərbaycanda 2023-cü il ərzində 591 yol qəzası hadisəsi baş verib ki, bu da illik müqayisədə 1,9% azdır.
Dövlət Statistika Komutəsinin məlumatına görə, 2022-ci ildə 2021-ci illə müqayisədə 1,2% çox 1668 yol qəzası baş verib. Bu hadisələr nəticəsində isə zərər çəkən şəxslərin sayı 6,1% artararq 2290 nəfər olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























