• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
01.03.2024 18:40
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.Bu barədə "Azərsu” ASC məlumat yayıb.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda su infrastrukturunda həyata keçirilən layihələr barədə məlumat verib. Agentliyin sədri bildirib ki, meliorasiya və irruiqasiya, içməli su təchizatı və kanalizasiya layihələrinin bir qismi beynəlxalq maliyyə təşkilatlarının maliyyə dəstəyilə həyata keçirilib. Bu sahədə uzunmüddətli və zəngin təcrübə gələcək əməkdaşlıq üçün böyük perspektivlər yaradır.
 
Hazırda iqlim dəyişiklikləri ilə əlaqədar su ehtiyatlarından səmərəli istifadənin aktual olduğu bir dövrdə yeni layihələrin həyata keçirilməsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq xüsusi önəm daşıyır.

Beynəlxalq Maliyyə Korporasiyasının Avropa, Latın Amerikası və Karib hövzəsində infrastruktur, enerji və mədənçilik üzrə regional direktoru xanım Çeril Edelson Hanvey bildirib ki, təmsil etdiyi təşkilat inkişaf etməkdə olan ölkələrdə özəl sektorun inkişafı və investisiyalar sahəsində mühüm layihələrin maliyyələşdirilməsinə dəstək göstərir.
 
Hazırda dövlət-özəl tərəfdaşlıq platformasının prioritet istiqamətlərdən biri olduğunu xatırladan qonaq bu modelin tətbiqinin əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə IFC-nin ölkədə və regionda fəaliyyəti ilə bağlı məlumat verilib və potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, su təsərrüfatı sektorunda gələcək əməkdaşlıq qarşılıqlı əlaqələrə töhfə verəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol