"Azərsun Holding" beynəlxalq tədbirin dəstəkçisi olub

Hər zaman ölkədə təşkil edilən beynəlxalq və yerli tədbirlərdə yaxından iştirak edən "Azersun Holding” növbəti dəfə də ənənəsinə sadiq qalıb.
Bu dəfə adıçəkilən şirkətlər qrupu «World HR SUMMIT 2024 with Dave Ulrich» tədbirinə "Gold Sponsor” qismində dəstək verib.
Azərbaycana ilk dəfə səfər edən "insan resurslarının atası” adlandırılan Deyv Ulrixin çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Dünyanın 50 ölkəsindən, 500-dən artıq qonağın qatıldığı tədbirdə "Azersun Holding”in insan resursları sahəsində tətbiq etdiyi yeniliklərlə bağlı məlumat verilib.
Tədbir çərçivəsində mükafatlandırılan mütəxəssislərə holdinq tərəfindən hədiyyələr verilib.
Tədbirin keçirildiyi məkanda "Azersun Holding”in stendi də quraşdırılıb ki, burada ziyarətçilərin sualları cavablandırılıb.
"Azersun Holding” 20.000-ə yaxın insanı daimi iş yeri ilə təmin edir, şirkətlər qrupu tərəfindən istehsal olunan məhsullar dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























