Ramin İsayevin həbs müddəti uzadılıb

16 milyonluq mənimsəmə ittihamı ilə həbs edilən "SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə ibtidai istintaq davam edir.
"Qafqazinfo”nun məlumata görə, irihəcmli iş üzrə ibtidai araşdırmanın yekunlaşması üçün 8 ay kifayət etməyib.
Bu səbəbdən istintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə müraciət edib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Ramin İsayevin həbsdə saxlama müddəti daha 3 ay uzadılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























