Fazil Mustafaya sui-qəsddə günahlandırılan şəxs: Peşman deyiləm

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səbuhi Şirinov ifadə verib.
O hadisədə iştirakının detallarını açıqlayıb:
Səbuhi Şirinov
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra digər təqsirləndirilən şəxs Azər Səricanovla telefonda danışıb:
"Azər Səricanov sui-qəsdin qarşılığında mənə şirinlik verdi. Azər mənə deyəndə ki, bir nəfəri qorxutmaq lazımdır, düşünmədən və onun haqqında məlumat toplamadan qəbul etdim".
Daha sonra təqsirləndirilən Elşad Əsgərov dindirilib. O, deputatın evinin yerini göstərdiyini deyib.
"İstintaq dövründə verdiyim ifadəni təsdiq edirəm. Etdiyim əmələ görə peşman deyiləm. Fazil Mustafanın evinin yerini Səbuhi Şirinova mən göstərmişəm. Ona dedim ki bu işdə mən də sənlə həmfikirəm. Səbuhi ilə 3 dəfə həmin ünvana gedərək onu vurmaq istəmişik.
Avtomobilimlə Səbuhini hadisə günü həmin ünvanda düşürdüm, başqa yerə döndüm. Bir az keçdi ki, Səbuhi geri döndü və getməyimizi dedi. O bildirdi ki, 9 güllə atdı”.
Elşad Əsgərov
Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.
Hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























