• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verilib

Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verilib
02.03.2024 17:16

Azercell-in baş sponsorluğu ilə Bakıda keçirilən "Robotex Türkiyə”- robot texnologiyaları sahəsində təşkil edilən silsilə festivalın regional yarışlarına start verilib.Yarışmaya Azərbaycan və Türkiyədən 1500-dən çox iştirakçı qatılıb.
 
Açılış mərasimi Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının, Azercell prezidentinin müşaviri Okan Cimenin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın, "Robotex Türkiyə”nin prezidenti Orhan Çevikin və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutub.

Açılış mərasimində çıxış edən Okan Cimen bildirib:
 
"Azercell daima istedadlı gəclərin fərdi və peşəkar inkişafına dəstək olur, İKT sahəsində növbəti nəsil mütəxəssislərin yetişdirilməsinə xüsusilə önəm verir. İnanırıq ki, bu il Azərbaycanda baş tutan müsabiqə innovasiya, robot mühəndisliyi, süni intellekt kimi sahələrə marağı olan gənc istedadları üzə çıxaracaq, onların inkişafına töhfə verəcək. Tərəqqi və innovasiyaları təşviq edən bu yarışmanın tərəfdaşı olmaqdan qürur duyur, iştirakçıların yaradıcı ideyalarının şahidi olmağı səbirsizliklə gözləyirik”.

Ətrafında Azərbaycan və Türkiyədən 1500-dən çox gənc robototexnika mühəndisini toplayan "Robotex Türkiyə”nin regional yarışları 2 gün davam edəcək. İştirakçılar komandalar şəklində robot kodlaşdırma və robot hazırlama layihələri üzərində işləyəcəklər.
 
Azərbaycanda keçirilən yarışma nəticəsində ümumilikdə 109 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Yarışma çərçivəsində iştirakçılar öz robotlarını yaratmaqla yanaşı, həm də startaplarını təqdim edə biləcəklər. Müsabiqədə iştirak edənlərin yaş qrupu fərqlidir: yarışmaya şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən iştirakçılar da qatılıb.

Yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Antalyada baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın Tallin şəhərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazanacaqlar.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol