Qazaxıstanda 6,1 ballıq zəlzələ olub - Siren səs siqnalı işə salınıb

Qazaxıstanın Almatı şəhərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Qazaxıstan mətbuatı ölkənin seysmik stansiyalar şəbəkəsinə istinadan yazıb.
Əməliyyat məlumatlarına görə: Almatı vilayətində - 5 bal, Jetısu vilayətində (Taldıkorqan) - 2 bal.
Zəlzələdən sonra şəhər sakinləri kütləvi şəkildə evlərini tərk edərək bayıra çıxır, bir çox binalar boşaldılır. Sakinlər sosial şəbəkələrdə video və fotolar paylaşırlar.
Fövqəladə Hallar İdarəsi məlumat verir ki, şəhərə operativ qərargah yerləşdirilib.
Saat 11:22-də Almatı Fövqəladə Hallar Departamenti dərhal siren-səs siqnalı işə salıb.
Gülnar
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























