Qobuda azyaşlını it dişləyib - Vəziyyəti ağırdır

Abşeron Qobu qəsəbəsində azyaşlının itlərin hücumuna məruz qaldığı və ağır xəsarətlər aldığı bildirilir. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlarda bir qrup sakinin azyaşlını xalçaya bükülü halda təcili tibbi yardım maşınına doğru apardığı əks olunub.
Kadrları yayan şəxs itlərin hücumuna məruz qalan azyaşlının öldüyünü də iddia edib.
TƏBİB azyaşlı uşağın it dişləməsi xəbərini təsdiq edib və bildirib ki, uşağın vəziyyəti ağır qiymətləndirilir.
"03.03.2024-cü il tarixində saat 17:37 radələrində "Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























