Mingəçevirdə Mərkəzi Xəstəxananın vəzifəlilərinə cinayət işi açılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Publik Hüquqi Şəxsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı araşdırma aparıb. Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləyən vəzifəli şəxslərin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəməsi aşkar edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda 29 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 ve 308.1-ci maddələri ilə cinayət işi başlanılmış və hal-hazırda iş üzrə istintaq davam etdirilir”, - məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























