Ötən həftə azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

İşğaldan azad olunan ərazilərdə fevralın 26-dan martın 3-ə qədər 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq, zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirilib.
Məlumata görə, 2019,8 hektar ərazi minalardan təmizlənib.
Bundan əvvəl "Minalar Əlehinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov mətbuata açıqlamasında bildirib ki, mina sayına görə Azərbaycan Avropada 3-cü yerdədir.
Dünyada isə ərazilərinin minalanmasına görə Azərbaycan ilk 10 ölkə arasındadır.
Minaların təmizlənməsi üçün 25 milyard vəsait və 30 ilə yaxın zaman lazımdır.
Aytac Zeynalova
Dünyada isə ərazilərinin minalanmasına görə Azərbaycan ilk 10 ölkə arasındadır.
Minaların təmizlənməsi üçün 25 milyard vəsait və 30 ilə yaxın zaman lazımdır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























