Ötən il Azərbaycana idxal olunan şokoladın həcmi açıqlanıb

2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana 3,7 min ton şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları ixrac edib. Bu barədə İnterfaks-Azərbaycan Aİ-nin Statistika İdarəsinə (Avrostat) istinadən yazıb.
2022-ci illə müqayisədə ixracın həcmi 3,8 dəfə artıb, dəyəri isə 2,6 dəfə artaraq 16,8 milyon avro təşkil edib.
2023-cü ildə Azərbaycana şokolad və tərkibində kakao olan digər hazır ərzaq məhsulları ixrac etmiş Aİ ölkələrinin beşliyinə Polşa (4,7 milyon avro dəyərində (artım 5,2 dəfə) 1,5 min ton (artım 9,8 dəfə), Niderland (5,3 milyon avro dəyərində (artım 53 dəfə) 1,4 min ton (artım 49 dəfə), Almaniya (3,4 milyon avro dəyərində (artım 25%) 274 ton (azalma 11%), Belçika (1,3 milyon avro dəyərində (artım 76,9%) 201 ton (artım 30,9%) və İtaliya (0,9 milyon avro dəyərində (azalma 10,3%) 132 ton (azalma 19,8%) daxil olub.
Azərbaycan 2023-cü ilin birinci yarısında 9,115 min ton şokolad idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,9% azdır.
Ötən ilin yanvar-iyununda Azərbaycan $4 milyon 616,74 min dəyərində (artım 0,3%) 1,78 min ton (azalma 5,7%) şokolad ixrac edib. Rusiyaya ixracın dəyəri $697,33 min (artım 23,8%), həcmi isə 239,08 ton (artım 2%) təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























