• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyilə keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatdı!

Azercell-in dəstəyilə  keçirilən “Robotex Türkiyə”nin regional yarışları başa çatdı!
04.03.2024 18:03
100-dən çox komanda növbəti mərhələyə vəsiqə qazandı

2-3 mart tarixlərində Azercell-in baş sponsorluğu və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə Bakıda keçirilən "Robotex Türkiyə”nin regional yarışları başa çatdı. Robot texnologiyaları sahəsində təşkil edilən bu silsilə festival 1500-dən çox iştirakçını öz ətrafında topladı.  

Azərbaycan və Türkiyədən qatılan gənc iştirakçılar 2 gün ərzində robot kodlaşdırma və robot hazırlama üzrə layihələrini, eləcə də öz startaplarını təqdim etdilər. Müsabiqədə şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən yarışçılar da iştirak etdi. 19 fərqli kateqoriyada yarışan komandalardan 109 komanda qalib seçilərək növbəti mərhələyə vəsiqə qazandı. Qızların robot mühəndisliyi, innovasiya, İKT kimi sahələrə marağını daha da artırmaq məqsədilə müsabiqə çərçivəsində xanımlardan ibarət 3 komandaya xüsusi nominasiya üzrə mükafatlar da təqdim edildi. 

Yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində  baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq robot çempionatında iştirak etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, "Robotex Türkiyə” ölkəmizdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və AQSİA-nın dəstəyilə baş tutdu. 

Gənclər arasında  innovasiya və yeni texnologiyaların təşviqinə yönələn təşəbbüsləri dəstəkləyən Azercell  bütün qalibləri təbrik edir,  onlara növbəti mərhələdə uğurlar arzulayır!


 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol