• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Qurbanovdan yeni təyinatlar

Vüqar Qurbanovdan yeni təyinatlar
04.03.2024 19:14
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.Bu barədə qurumdan məlumat verilib.

Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib,yeni direktorlar kollektivə təqdim olunublar.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb. O, 2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb. Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir.

Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin olunub. 2008-2012-ci illər ərzində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr, 2012-2021-ci illər ərzində Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi vəzifələrində fəaliyyət göstərib. 2021-2023-cü illər ərzində TƏBİB-in Koordinasiya departamentinin Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov  ixtisasca cərrahdır. O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib. 2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. 

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib.

2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol