Ombudsman hesabatının statistikası əvvəlki illərlə nisbəti azdır - Deputat/VIDEO

Ombudsmanın hesabatında statistik məlumatların əvvəlki illərlə müqayisəli nisbəti azdır. Bunu deputat Vüqar Bayramov deyib.
"Hesabatın strukturunun təkmiləşdirilməsi məqsədəuyğun olar. Bir sıra ölkələrdə bir illik hesabat deyil bir neçə hesabatlar təqdim olunur və regionalar üzrə hesabatlar pratikası var. Bizdə də oxşar nümunələrdən istiqamətə etməklə təqdimat hazırlamaq olar. Hesabatda statistik məlumatların təhlil edilməsi təqdimatı nisbəti azdır. İnsan hüquqları ilə bağlı müraciətlərin dinamikası təhlili də vacibdir”, - deputat martın 5-də Milli Məclisdə Ombudsmanın hesabatına münasibət bildirərkən bildirib.
Deputat həmçinin veteranların müavinətinin artırılmasına ehtiyac olduğunu və Ombusdmanın bu istiqamətdə aidiyyatı qurumla danışmasını təklif edib.
Ombudsman SəbinəƏliyeva deputata cavab olaraq bildirib ki, qurumun hesabatı beynəlxalq təcrübə əsasında hazırlanır. Rüblük hesabatların hazırlanması isə kontitusiya ilə bağlı qanunda nəzərdə tutulmayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























