Azərbaycan kino ittifaqları birləşib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq. Bunu Azərbaycan Kinomatoqrafiya ittifaqının katibi Əlisa Cabbarov deyib.
"Azərbaycandakı kino ittifaqları rəsmi şəkildə birləşdi. Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edildi", - Əlisa Cabbarov martın 5-də keçirilən Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə konfransında deyib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 12-də təsis edilib. O zaman onun sədri Azərbaycan Respublikasının xalq artisti Şəfiqə Məmmədova seçilib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də «Nİzami» Kino Mərkəzində «Kino və konseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə yaradılıb. Tədbirdə baş tutan müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradıldığı elan olunub və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri, Cəmil Quliyev isə qurumun icraçı katibi seçiliblr.
2012-ci ilin iyul ayından başlayaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyəti səkkiz iclas keçirib.
2 Avqust Milli kino günü münasibətilə keçirilən iclasda Milli Kino mükafatı təsis olunub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) isə 1963- cü il yanvaırın 11-də Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb və
peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır.
peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır.
İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilib.
Təşkilat fəaliyyətini əsasən Azərbaycan Respublikasının ərazisində həyata keçirir. Eyni zamanda digər ölkələrin kinematoqrafiya təşkilatları ilə yaradıcılıq və işgüzar əlaqələr həyata keçirir, öz üzvlərinin xarici ölkələrdəki maraqlarını təmsil edir, onların peşəkar, vətəndaş, sosial hüquqlarını müdafiə edir.
Bundan başqa, digər yaradıcı və ictimai təşkilatlarla, respublikanın dövlət orqanları ilə milli mədəniyyətin inkişaf konsepsiyalarının işlənib hazırlanmasında da yaxından iştirak edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























