Əmək müqavilələrinin sayı artıb

Yanvarın 1-dən əmək müqavilələrinin sayı artaraq 25 850-ə çatıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, əmək müqavilələrinin 23 mindən çoxu qeyri neft-qaz özəl sektorunda qeydə alınıb.
"Qeyri neft -qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50%-i keçib. İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb", - Cabbarov X sosial şəbəkə hesabında qeyd edib.
2019-cu il yanvarın 1-dən 2024-cü il martın 1-nə qədər işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin ümumi sayı 1, 834,6 min müqavilə olub ki, bunlardan 921,4 mini qeyri-neft-qaz özəl sektoruna aiddir.
Ötən ilin birinci rübündə də ölkədə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 493 müqavilə və ya 0,5% artaraq 1 milyon 755 min 802-yə çatıb.
Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir.
Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir.
2023-ci ilin yanvar-mart aylarında əməkhaqqı fondunda daha 6% artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34%, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34%, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























