“Moderator.az” veb-saytına xəbərdarlıq edilib - MEDİA

"Moderator.az” veb-saytına xəbərdarlıq edilib. Bu barədə Medianın İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, martın 4-də "Moderator.az” dərc edilmiş "Məktəbdə bədbəxt hadisə: 8-ci sinif şagirdinin barmağı qopdu” başlıqlı materialda "Media haqqında” və "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunları pozulub.
Belə ki, "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən zorakılığı və qəddarlığı nümayiş edən informasiya dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir.
"Media haqqında” Azərbaycan Respublikası Qanununa görə isə mediada informasiya dərc edilərkən "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.
Qeyd olunan pozuntunun aradan qaldırılması və belə hallara yol verilməsinin qarşısının alınması məqsədilə "Moderator.az” Məhdud Məsuliyyətli Cəmiyyəti media subyektinə məxsus "moderator.az” onlayn media redaksiyasına xəbərdarlıq edilib, qanunvericiliyin tələblərinin bu və ya digər formada pozulması hallarında digər hüquqi tədbirlərin görüləcəyi bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























