Şəhid ailə üzvlərinin özəl məktəblərdə təhsil alması əlçatan olmalıdır - Deputat

Şəhid ailə üvlərinin dövlət hesabına özəl məktəblərdə oxuması əlçatan olmalıdır. Bunu deputat Etibar Əliyev deyib.
"Nə üçün şəhid ailə üzvlərinin özəl orta məktəblərdə təhsil alması qanuna daxil deyil. Bu kateqoriyadan olan istənilən şəxs istədiyi məktəbə seçə bilər. Düşünürəm bu belə olmamalıdır. Özəl ali məktəblərin sayı 31-dür. Bu güzəltlər edilməlidir. Əgər şəhid övladı özəl məktəbdə oxumaq istəyirsə onun üçün bu şəraiti yaratmaq lazımdır", - deputat fevralın 6-da Milli Məclisin elm və təhsil komitəsində "Təhsil haqqında" qanuna münasibət bildirərkən deyib.
Komitə sədri Bəxtiyar Əliyev də yeni redaksiyada valideynlərini itirmiş və məhrum olunmuş şəxslərin bu kateqoriyaya aid olması ilə bağlı bənd çıxarılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























