• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə tərbiyə işi ilə bağlı tədbirlər planına ehtiyac var - Ceyhun Məmmədov

Məktəblərdə tərbiyə işi ilə bağlı tədbirlər planına ehtiyac var - Ceyhun Məmmədov
06.03.2024 12:08
(Yazıya qara hərflərlə elm və təhsil nazirliyinin rəsmisinin açıqlaması əlavə olunub)
 
Məktəblərdə tərbiyə işinə nəzarətlə bağlı tədbirlər planına ehtiyac var. Bunu Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. 
 
"Bir neçə gün öncə məktəblilər arasında baş verən hadisə(red-məktəbli şagirdin bulinqə məruzə qalması nəzərdə tutulur) ölkə gündəmini silkələdi. Həmin hadisədə ailələrin günahlandırıması cəhdləri oldu. Burada həm məktəbin həm də ailənin məsuliyyəti var. Bu proseslərdə qanunda nəzərdə tutulan cərimə aşağıdır. Bu cərimələrin artırılması yenidən müzakirə olunmalıdır. Görünən odur ki, belə hallar artacaq. Tərbiyə işi üçün tədbirlər planına ehtiyac var. Təhsil həsas sahədir. Həm müəllimin, həm məktəbin nüfuzunun qorunması baxımından bu istiqamətdə işlərimizi gücləndirilməliyik", - Məmmədov martın 6-da Milli Məclisin elm və təhsil komitəsində "Təhsil haqqında" qanuna münasibət bildirərkən bildirib. 
 
Deputat məktəblərdə tətbiq olunan məktəbli davranış qaydalarına da xüsusi diqqətin olmasının vacibliyi vurğulayıb. 
 
Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deputata cavab olaraq bildirib ki, baş verən hadisələr fonunda valideyn məktəb münasibətləri paralel tənzimlənməlidir.
 
"Mediada çox gündəmdə olan məsələdir. Sanki ancaq bundan danışılır. Burada tənzimlənmələr paralel olmalıdır. Hər şeyi məktəblərin üzərinə yıxmaq doğru deyil. Bu cür hadisələr hər zaman olub və bu normaldır. Bunun ictimaiətə təqdimat forması dəyişib və qabardılıb. Hazırda məktəbləri qaydaları 300-dən çox məktəbdə tətbiq olunur və uğurlu olarsa bu say artırılacaq", - o əlavə edib. 
 
 
Gülnar Nazimqızı 
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol