İşğaldan azad olunmuş ərazidə bir qadın sahibkar öz işini qurub- AQSİA sədri

Xocavənddə bir qadın sahibkar artıq öz işini qurub. Bunu Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasın"-nın sədri Səkinə Balayeva bildirib.
"Biz ona dəstək olmaq istəyirik ki, özünə VÖEN alsın. Ümumilikdə isə Xocavənddə turizm və ictimai iaşə sahəsində 5 sahibkar fəaliyyətə başlayıb. Digər qadınlarımızı da stimullaşdırmaq lazımdır. Bu platformada qadınlarımızın geri dönüşündə, onların peşə təhsillərinə daha çox önəm veririk. Yeni qayıdışda onların yanında olmalıyıq. Onlara dəstək olmalıyıq. Hazırda bir qadın sahibkar var ki, öz işini Xocavənddə artıq qurub. Digər sahibkar qadınlarımızı da stimullaşdırmalıyıq ki, bu kimi layihələrə qoşulsunlar. Tədbirin adı da onunla bağlıdır",- sədr martın 6-da qadın sahibkarlığın inkişafına həsr olunmuş "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək” mövzusunda keçirilən tədbirdə deyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























