Vəkil polislər tərəfindən zorakılığa məruz qaldığını deyir, DİN təkzib edir

Vəkil Şəhla Hümbətova Toplum TVı və III Respublika Platformasının üzvü Akif Qurbanovun evində aparılan axtarışda iştirak etmək üçün hadisə yerinə yollandığını , amma evə buraxılmadığını bildirib. Daxili İşlər Nazirliyi isə vəkilin buraxılmamasının səbəbini onun gecikməsi ilə əlaqələndirib.
"Akif Qurbanovun vəkiliyəm və orderimlə birgə gəlmişəm. Qapını döyməyimə baxmayaraq məni içəri buraxmadılar. Akif Qurbanovun xanımı içəridən yazdı ki, ona qapını açmağa icazə verilməyib", - vəkil söyləyib.
Daxili İşlər Nazirliyi isə bildirib ki, bu iddialar vəkilin subyektiv mülahizəsidir. Onun əməliyyat axtarış işlərinə buraxılmamasının səbəbi ünvana gec gəlməsi olub.
www.anews.az

Daxili İşlər Nazirıiyi bu gün Toplum TV-nin ofisində axtarış aparıb. Axtarış prosesində saxlamılan bir neçə əməkdaş və təcrübəçi jurnalistlər sərbəst buraxılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib