GPON-laşmanın 90%-i Bakının payına düşür - Nazir müavini

Ölkə üzrə GPON-laşmanın 90%-i Bakının payına düşüb. Bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
"Hazırda ölkə əhalisinin 88,1%-i internetdən istifadə edir. 70%-ə yaxın internet xidmətləri fiber-optik kabel üzərində qurulub. Ölkə üzrə internetin orta sürəti 35,2 Mbps təşkil edir. Ümumulikdə 3G və 4G şəbəkəsinin əhatə dairəsi 100%-ə yaxınlaşır. Ölkə üzrə GPON-laşmanın 90%-i Bakının payına düşür",- nazir müavini martın 7-də Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar adlı konfransda çıxışında deyib.
Məmmədov vurğulayıb ki, Qarabağda 300 yaxın mobil radio-baza standiyası fəaliyyət göstərir və 2G istifadəçilərin sayı 90% təşkil edir.
Hazırda ölkə üzrə 150-dən çox internet operatoru fəaliyyət göstərir.
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib