Ekspertlər jurnalistlərin həbsindən narahatlığını bildirib - Şərh

Əməkdaşlarının saxlanmasına, binasının möhürlənməsinə baxmayaraq Toplum TV media fəaliyyətinə davam etdirəcək. Bunu Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib.
Onun sözlərinə görə, İnternet kanalının videoredaktoru Müşfiq Cabbar, sosial şəbəkələr üzrə menecer Elmir Abbasov və müxbir Fərid İsmayılov cinayət məsuliyyətinə cəlb edilib. Onlara Cinayət Məcəlləsinin qaçaqmalçılığı nəzərdə tutan maddəsi il cinayət işi qaldırılıb.
"Hazırda istintaq orqanı ofisimizin qapılarına möhür vurub. İstintaqın iradəsindən asılı olmayaraq, biz Toplum TV-nin fəaliyyətini davam etdirəcəyik. İndi keçid planı üzərində işləyirik və işi davam etdirilməsini təmin etmək niyyətindəyik, bu, çox vacibdir",- Xədicə İsmayıl bildirib..
O, həmçinin söyləyib ki, nəşrin YouTube kanalının adı dəyişdirilib və videomateriallar arxivi silinib. Toplum TV-nin hesabından bir neçə saat ərzində 3600 videomaterial silinib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc söyləyir ki, Toplum TV- nin maliyyə siyasətinin haradan qaynaqlanması və necə yönləndirilməsi haqqında fikir söyləmək çətindir. Amma kanal balanslı siyasət yürüdüb.
"Hələki rəsmi hüququ açıqma verilməyib. Qaçaqmalçılıq deyərkən hansısa donor mənbələrdən alınan vəsaitlərlərin müvafiq qanunvericilik prosedurları üzrə qeydiyyatdan keçmədən xərclənməsi nəzərdə tutulur, yoxsa qrant haqqında qanunun tələblərini pozaraq üçüncü ölkələrdən vəsaitlərin nağd alaraq, ölkəyə gətirərkən deklarasiya etmədən fəaliyyət aparılmasıdırmı? Bütün bunlara aydınlıq gətirilsə, geniş aspektdə şərh edə bilərdim. Digər tərəfdən sözügedən media qurumu həqiqətən də balanslı mövqe tutmağa çalışırdı. Mövqeyində qanunvericiliyin tələblərini gözləmək baxımından təhqir, anti-çağırışlar və s. istiqamətdə fəaliyyətləri olmayıb. Baxmayaraq ki, onların sırasında bir zamanlar dövlətlə hakimiyyət orqanları, o cümlədən hüquq-mühafizə sistemləri ilə problemi olan şəxslər də çalışıb. . Mən bir parlament üzvü kimi həmişə istəmişəm ki, Azərbaycanda media məkanı, fikir azadlığı meydanı geniş olsun. Toplum TV-də bu sırada müsbət baxımdan özünü göstərirdi. Ələsgər Məmmədli də uzun illərdir media ekspert kimi tanınır, etik dəyərləri həmişə gözləyir və qoruyur. Bu sarıdan onun fəaliyyətinin hansısa cinayət məsuliyyəti yaradan səviyyədə olduğuna inanmıram. Düşünürəm ki, bütün bu araşdırmalar müsbət həllini tapacaq. Toplum TV-nin maliyyə siyasəti haradan qaynaqlanır, necə yönləndirilir bunu söyləmək çətin olar. Toplum TV-nin fəaliyyəti haqqında yalnız onu demək istəyirəm ki, bu prosesdən uğurla çıxsınlar və Azərbaycanda azad, müstəqil öz fəaliyyətlərini davam etdirsinlər", - deputat bildirib.
Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist Elçin Şıxlı bidirir ki, istənilən halda bu müstəqil jurnalistlərin fəaliyyətinə müdaxilədir.
"Azərbaycan üçün bu kimi halların olması heç ürəkaçan deyil. Həmin məbləğin nə məqsədlə, hardan alındığı məlum deyil. Onu hüquq mühafizə orqanları müəyyənləşdirəcəklər. Söhbət burada Azərbaycanın Fransa və ümumiyyətlə Avropa strukturları tərəfindən müəyyən mənada ermənilərlə bağlı sıxışdırılmasıdır. Bu istiqamətdə həm kənardan, həm də daxildən Azərbaycana təzyiqlər göstərilir. Bu da həmin təzyiqlərə əks reaksiyadır. Çünki bu jurnalistləri xaricdən maliyyələşən jurnalist kimi indiki halda qəbul edirlər. Bu nə qədər doğrudur, nə qədər məqsədəuyğundur onu dəqiq söyləmək olmur. Amma ümumən jurnalistlərin saxlanılması yaxşı göstərici deyil. Jurnalistlərin fəaliyyətinə hər yerdə mane var. İstənilən ölkədə bu hal var. İndi Azərbaycanda mən istəməzdim ki, bu sayda, bu tezliklə, bu intensivlə saxlanılsınlar. İstənilən halda bu müdaxilə sayılır",- Elçin Şıxlı bildirib.
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev söyləyir ki, Toplum TV əməkdaşlarının saxlanılması Azərbaycanda azad səsləri susdurmaq, informasiya məkanından çıxarmaq və bu məkana nəzarət etməkdir.
"Bu hal Azərbaycanda müstəqil jurnalistlərin fəaliyyətinə birbaşa müdaxilədir. Uzun müddətli siyasətin növbəti mərhələsidir. Azərbaycanda azad səsləri susdurmaq, informasiya məkanından çıxarmaq, informasiya məkanının nəzarət etmək məqsədi daşıyır. Gəlirlər ofisdə axtarış edirlər guya nə qədərsə pul tapıb gedirlər. Bu, dəhşətli cəfəngiyatdır. Fəridin və digərlərinin evindən tapılan pul qaçaqmalçılıq hesab oluna bilməz. Çünki qaçaqmalçılıq elə şeydir ki, onu elə yerindəcə tutursan. Məsələn aeoportda qeyri-qanuni yolla keçirilən pullar və s. Vətəndaş pulu keçirən zaman, qanunla icazə verilən məbləğdən çox pulla saxlanılırsa, bunu qaçaqmalçılıq kimi qiymətləndirmək olar. Burda bir məntiq yoxdur. Əgər rüşvət alınırsa, qaçaqmalçılıq varsa, o yerindəcə həll olunmalıdır. Belə yanaşma o deməkdir ki, biz nə istəyiriksə onu da edirik. Bu birbaşa mesajdır. Qeyri-qanuni hərəkətlərlə azad medianı susdururlar",- Əliyev açıqlamasında bildirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirir ki, jurnalist həbsi, bu və ya digər şəkildə medianın fəaliyyətində fasilənin yaranmasına səbəb olmuş, yaxud mövcud xüsusdakı ritorikalara yol açan meyillər Azərbaycan Mətbuat Şurasının diqqət mərkəzində olub.
"Jurnalist həbsi və digər bu kimi məsələlərdə söz və ifadə azadlığı ilə bağlı motivlərin mövcud olub-olmadığına diqqət yetirməliyik. Bütün dünyada mətbuat şuralarının başlıca missiyası cəmiyyəti medianın hücumlarından qorumaqdır. Bu hücumlar nə zaman olur? O zaman ki, media özünün səlahiyyətlərini aşır, müvafiq olaraq söz və ifadə azadlığı prinsiplərinə zor tətbiq edir, sui-istifadələrə yol verir. Ona görə bizim üçün həm medianın və jurnalistlərin fəaliyyətinə mümkün maneələrdə, həm də medianın özünün qeyri-etik, jurnalistikaya uyğun tərzdə davranmaması müstəvisində həmin prinsiplərə nə dərəcədə xələl gətirilməsi əsasdır. İstər Toplum TV, istərsə də ondan əvvəl Abzas Media ilə bağlı durumda cəmiyyətə daha çox sirayət edən məqam kimi söz və ifadə azadlığının pozulmasını görmürük. Bəli, adları çəkilən media qurumları tənqidi ruhda fəaliyyət göstərirlər. Ancaq bir reallıq da var ki, media tənqid etməlidir. Hesab edirəm ki, fəaliyyətində daha fundamental tənqidə üstünlük verən media orqanlarımız və jurnalistlərimiz var. Onlar sərbəst şəkildə işlərini görürlər. Heç birinə hansısa maneçiliyin törədilməsindən, məhdudlaşdırmaların tətbiqindən söhbət gedə bilməz. Hazırda bilavasitə Toplum TV ilə bağlı məsələ Mətbuat Şurasının diqqət mərkəzindədir. Bu media qurumu, eləcə də orada çalışanlar əvvəlki qaydada fəaliyyətlərinə davam etsinlər. Heç istəməzdik ki, onlarla bağlı rəsmi qaydada irəli sürülmüş iddialar təsdiqini tapsın. Güman edirəm ki, əlaqədar instansiyalar da mövcud məqamı nəzərə alırlar. Buna görə məsələyə həssas yanaşılacağına, əsl həqiqətlərin üzə çıxarılacaqğına əminəm",- sədr əlavə edib.
İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib