• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosu sabah iş rejimini dəyişəcək

Bakı metrosu sabah iş rejimini dəyişəcək
07.03.2024 14:52
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik ediləcək.

Gün ərzində saat 07:00-dan 21:00-a qədər "Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

Qırmızı və Yaşıl xətlərin birləşdiyi "28 May” stansiyasından "İçərişəhər” və "Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.

Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.

"Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər.

Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol