Elektrik dolum məntəqələri üçün yerlər müəyyənləşdiriləcək - Sərəncam

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamla elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı göstərişlər verilib.
Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, "Azərenerji” ASC və "Azərişıq” ASC-nin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerlərin bir ay müddətində müəyyən edilməsi qeyd edilib.
Bundan başqa enerji doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün "Azərişıq” və "Azərenerji” tərəfindən müvafiq tədbirlər görülməsi tapşırılıb.
Təkliflər əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsaitin ayrılması üçün tədbirlərin görülməsi qeyd edilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib