• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir

Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir
07.03.2024 17:03
Yeni həll çoxşaxəli sahə işlərinin təşkili, idarəsi və nəzarətdə saxlanılmasında şirkətlərin fəaliyyətini asanlaşdıracaq, rəqəmsal mühitə keçidi sürətləndirəcək


 "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutan Azercell, biznesdə ünsiyyəti daha əlçatan etmək üçün "Mobil komandanın idarə edilməsi” həllini təqdim edir.  Bu platforma bizneslərə marketing, satış, dağıtım və digər sahə əməliyyatlarını sadələşdirməyə, komanda əməkdaşlığını, biznes məhsuldarlığını optimallaşdırmağa və ümumi müştəri məmnuniyyətini artırmağa imkan verən innovativ alətlər təqdim edir.
Platformanın imkanlarından istifadə etməklə şirkətlər aşağıdakı biznes funksiyalarından faydalana bilərlər:

- Müştəri ziyarətinin planlaşdırılması və nəzarəti;
- Əməliyyat üzrə hərəkət marşrutu və GPS naviqasiya sistemi;
- Ümumi iş bölgüsünün qurulması və izlənilməsi;
- Foto hesabat və rəy bildirişi;
- Avadanlığın idarə edilməsi (təchizatı və təmiri);
- Məhsullar üzrə geniş bazar araşdırması;
- Analitik təhlil və müxtəlif hesabat imkanları;

Platforma mobil komanda və biznes idarəetməsində təxminlərə son qoyaraq, bütün iş prosesinin rasional, tapşırıqların isə avtomatlaşdırılmış şəkildə icra olunmasına dəstək verir. Yeni həll real vaxt rejimində komandaların koordinasiya olunması, düzgün ünsiyyətin qurulması və biznes tapşırıqların qısa zamanda yerinə yetirməsində mühüm rol oynayır, sahə əməkdaşları ilə ofis arasında əlaqəni gücləndirir.

"Mobil komandanın idarə edilməsi” platforması ənənəvi iş yükü ilə vidalaşıb, yeni, çevik, səmərəli və məhsuldar dövrə keçidi təmin edir. Həmçinin yeni həll bu günün dinamik iş mühitində istənilən vaxt və istənilən yerdə inkişaf etmək üçün imkanlar da yaradır.

Azercell-in biznes üçün nəzərdə tutulmuş "Mobil komandanın idarə edilməsi” tətbiqi haqqında ətraflı məlumat almaq üçün: 
İmkanlarınızı genişləndirin, biznesinizi inkişaf etdirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə (azercell.com)













www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol