• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın məhbuslar eks millət vəkilini ölümlə hədələdilər

Qadın məhbuslar eks millət vəkilini ölümlə hədələdilər
23.02.2014 12:34

Həbsxanada olan sabiq deputat Gülər Əhmədovaya qorxu və təhdid dolu mesajlar göndərilib. Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin sabiq üzvü G.Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. 

O, bildirib ki, ötən gün müvəkkili Gülər Əhmədova ilə görüşüb. Bu zaman Gülər Əhmədova ona hədə-qorxu dolu mesaj aldığını söyləyib. Onun sözlərinə görə G. Əhmədova bu mesajı qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsindən alıb. Mesajda isə G. Əhmədovanın hədələndiyi əks olunub: “Bu həbsxanaya gəlsən səni öldürəcəyik, sən özünü ölmüş bil".

Əfsər Talıbov Gülər Əhmədovanın “qadın koloniyasından” olan məktubu aldıqdan sonra səhhətinin daha da pisləşdiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol