ANAMA 1 həftə ərzində təmizlənən minalı ərazilərin sayını açıqlayıb

2024-cü ilin 4-10 mart tarixində ANAMA tərəfindən 63 tank əleyhinə mina, 128 piyada əleyhinə mina, 316 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə qurumdan məlumat verilib.
Ümumuilikdə bir həftə ərzində 997.1 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Azərbaycan hazırda ərazilərin minalanmasına görə dünyada ilk onluqdadır.
Avropada isə ilk 3-lükdədir.
Bundan əvvəl ANAMA açıqlama verərək bildirib ki, Ermənistan Azərbaycana azad olunmuş ərazilərdə mianalanmış sahələrlə dair 8 ədəd formulyarı verib, lakin formulyarlar qeyri-dəqiqdir.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























