Qlobal məsələlər hökumət səviyyəsində müzakirə edilməlidir - Deputat

Qlobal məsələləri hökumət səviyyəsində həll etmək lazımdır. Bunu deputat Vahid Əhmədov deyib.
"Taksi məsələsini qaydasına salmaq lazımdır. 10-15 il bundan qabaq Bakıda bu qədər tıxac olmayıb. İnsanların ehtiyacları olmasa Bakıya niyə gəlsin ki? deməli problemin kökü təkcə rabitə və rəqəmsal nazirliyində deyil. Problem köklü həll edilməlidir. Sumqayıtda böyük sənaye parkı salmışıq. Amma bölgələrdə bu cür iş yerləri açılmır. Bakıda taksilərin sayı 4-5 dəfə çoxdur. Bu məsələlərə baxmaq lazımdır. Hökumət səviyyəsində qlobal məsələlər birgə müzakirə olunmalıdır", - deputat martın 11-də deputat martın 11-də İqdisadi siyasət, sənaye və sahibkarlıq komitəsini "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmə zamanı çıxışında deyib.
Deputat Qubada istifadəyə verilən ödənişli yolun alternativi olan yolun vəziyyətinin açınacaqlı olduğundan gileynəlib.
Deputat Qubada istifadəyə verilən ödənişli yolun alternativi olan yolun vəziyyətinin açınacaqlı olduğundan gileynəlib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























