Dəniz nəqliyyatı ilə bağlı verdiyim təklifim açıq qalıb - Deputat

Bakıda dəniz nəqliyyatından istifadə edilməsi tıxacların azalması üçün şərait yaradacaq. Bunu deputat Elşən Musayev deyib.
"Dəniz nəqliyyatından istifadə etməliyik. Bunun nəticəsində Bakı kəndlərinə gedən yollarda tıxacların sayı azalacaq. Bununla bağlı daha əvvəl də təklif vermişəm. Təklifim açıq qaldı. Bəlkə də iqtisadi göstəricilər buna imkan vermir. Amma ən azı aiddiyatı qurum bu təklifə münasibət bildirsə yaxşı olar", - deputat martın 11-də İqdisadi siyasət, sənaye və sahibkarlıq komitəsini "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmə zamanı çıxışında deyib.
Deputat bildirib ki, Bakının 20 yanvar istiqaməti Bakının girişi olduğu üçün orada dayanan avtomobillər tıxacın yaranması üçün şərait yaradır.
Bundan əvvəl deputat təklif edib ki, Azərbaycan tıxac problemini həll etmək üçün Xəzər dənizindən mütləq istifadə etmək lazımdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























