• $
  • €
  • ₽
  • ₺
  • £

Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib

Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
12.03.2024 16:02
Bir qrup media eksperti "Toplum" Tv-nin təsisçisi Ələsgər Məmmədlinin azad edilməsi üçün daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Bu barədə məlumat Turan agentliyi paylaşılıb. 
 
"Uzun illərdir ki, biz Ələsgər Məmmədlini savadlı media eksperti, radikalizmdən uzaq və qanunçuluq tərəfdarı olan təcrübəli hüquqşünas kimi tanıyırıq.
Bununla belə, biz dövlət orqanlarının kiminsə fəaliyyəti ilə əlaqədar yaranmış şübhələri araşdırmaq səlahiyyətinə müdaxilə etmirik. Narahatlığımıza əsas səbəb bir neçə gün əvvəl xəstəxanada müayinə zamanı Ələsgər Məmmədlinin daxili orqanlarında şişlərin aşkar edilməsidir. Həkimlər onların bədxassəli olduğunu bildirirlər, həmkarımızın təcili olaraq keyfiyyətli müayinə və intensiv müalicəyə ehtiyacı var. Cənab nazir, xahiş edirik, Ələsgər Məmmədli ilə bağlı istintaq hərəkətlərinin onun azadlıqda qalması şəraitində həyata keçirilməsi barədə müraciətimizi nəzərə alasınız. Böyük ehtimalla, indi onun həyatı bu imkandan asılıdır. Həmkarımızın həmin imkandan istifadə edə bilməsi, onun barəsində qətimkan tədbirinin dəyişdirilməsi üçün biz üzərimizə zəruri öhdəliklər də götürməyə hazırıq. Bizim əvvəl də sizə buna bənzər müraciətimiz olub. O zaman problemi dərhal aradan qaldırdığınız üçün fürsətdən istifadə edib, bir daha minnətdarlığımızı çatdırmaq istəyirik. Ümid edirik ki, bu halda da qanunun tələbləri ilə yanaşı, humanizm prinsiplərini nəzərə alaraq, tədbir görəcəksiniz”, - müraciətdə deyilir.

Müraciəti "Yeni nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media eksperti, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin və "Ayna-Zerkalo" onlayn nəşrinin rəhbəri Elçin Şıxlı və Turan agentliyinin direktoru Mehman Əliyev imzalayıblar.
 
Ələsgərli Məmmədli 8 mart tarixində "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilir. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Gülnar Nazimqızı


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol