Azərbaycanda satılan eyniadlı dərmanlar Türkiyədə daha kefiyyətlidir - Deputat

Azərbaycanda satılan eyniadlı hərarət salan dərmanlar Türkiyədə daha kefiyyətlidir. Bunu deputat Elnur Allahverdiyev deyib.
"Dərmanların kefiyyət məsələsi bizim üçün sualdır. Viruslar dönəmidir. Eyni adlı dərmanı Türkiyədən alıb gətirən zaman daha tez nəticə alırıq, Azərbaycanda isə həmin dərmanlar daha gec təsir göstərir. Bu da dərmanların kefiyyəti ilə bağlı sual yaradır", - deputat martın 13-də deputat Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dərman haqqında "dərman vasitələri haqqında" qanuna münasibət bildirərkən bildirib.
ALlahverdiyev təklif edib ki, bununla bağlı Milli Məclisin Səhiyyə Komitəsi ilə bağlı birgə dinləmə keçirilməsi yaxşı nəticə verə bilər.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























