73 manata olan dərmanın əvəzedicisini vətəndaş 230 manata almağa məcburdur- Deputat

Ölkədə hazırda satışda olmayan 73 manatlıq dərmanın alternativi 230 manata satılır. Bunu deputat Rüfət Quliyev deyib.
""Synjardy" adlı dərmanın qiyməti 73 manatdır. 2-3 gündür həmin dərman satışda yoxdur. Əvəzində başqa dərman təklif edilir. Həmin dərmanın da qiyməti 230 manatdır. İnsan məcburi bunu əvəzedici dərman kimi almalıdır. Bu dərman isə 1 ay ərzində bəs edəcək. Bunu araşdırmaq lazımdır. Kimlərsə oyun oynuyur. Mən bunun adını tapa bilmirəm", - deputat martın 13-də Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Dərman haqqında "dərman vasitələri haqqında" qanuna münasibət bildirərkən bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























