Mənsimov Türkiyədə yeni televiziya kanalı aldığını təsdiq edib

Azərbaycanlı iş adamı və xeyriyyəçi, «Palmali Şirkətlər Qrupu»nun rəhbəri Mübariz Mənsimov Türkiyədə EKOLTV-nin səhmlərini alıb.. Bu barədə məlumat iş adamının rəsmi facebook səhifəsində paylaşılıb.
«Radio yayımı sahəsində PAL Radios ilə əldə etdiyimiz təcrübəni bu dəfə televiziya dünyasına köçürmək məqsədi ilə uzun müddətdir apardığımız işlərin sonuna yaxınlaşırıq. İdarə Heyətinin sədri olduğum Palmali Holdinq Səhmdar Cəmiyyətinin tərkibindəki media şirkətimlə EKOLTV adlı televiziya kanalının sahibi olan şirkətin rəsmiləri arasında şirkətin əsas səhmlərinin MMC-yə verilməsi ilə bağlı danışıqlar aparılıb. Palmali Holdinqin tərkibində qurulan media şirkəti son mərhələyə çatıb «Palmali Holdinq» Səhmdar Cəmiyyəti olaraq Türkiyədə televiziya jurnalistikasına və yayım həyatına yeni nəfəs və həyəcan gətirməyi hədəfləyirik və bu məqsədlə EKOLTV-ni çox qısa zamanda tamaşaçılarına çatdırmaq üçün işlərimizi davam etdiririk", - iş adamının səhifəsində qeyd olunub.
Mənsimov bildirib ki, EKOLTV televiziya jurnalistinada xəbər kanalı kimi fəaliyyət göstərəcək.
Adıçəkilən kanalın aprelin 1-dən yayıma çıxması gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























