• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə yerləşən istixana kompleksində yanğın olub - VİDEO

Şəmkirdə yerləşən istixana kompleksində yanğın olub - VİDEO
14.03.2024 10:32
Şəmkirdə yerləşən istixana kompleksində yanğın baş verib. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə daxil olub. 

FHN-dən bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. 

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus hər birinin sahəsi 120 kv.m. olan 8 ədəd istixananın ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində istixanada baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsindən istixananın ərazisində yerləşən mazut çəninin içərisində 10 ton mazutun 5 tonu, 3 ədəd istixananın polietilen üzlükləri 150 kv.m. sahədə, ətrafda toplanmış məişət və taxta tullantıları 100 kv.m sahədə yanıb. İstixana kompleksinin böyük hissəsi və 5 ton mazut yanğından mühafizə olunub", - məlumatda qeyd olunub. 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol