Azərbaycanda yaxın zamanda dərman zavodları fəaliyyətə başlayacaq

Azərbaycanda yaxın zamanlarda bir neçə dərman zavodunun istifadəyə verilməsi nəzərdə tutulur. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmirasloanov deyib.
"Hazırda fəaliyyətdə bir neçə dərman fakrikası var. Bir neçəsinin də yaxın gələcəkdə işə başlanması gözlənilir. Bu zavodlar açılandan sonra ölkədə dərman istehsalı artacaq. Xaricdən gətirilən dərmanların sayında azalma olacaq. Bu həm də qiymət artımının azalmasına səbəb olacaq", - komitə sədri martın 14-də Milli Məclisdə Səhiyyə Komitəsinin iclasında "dərman vasitələri haqqında" qanuna münasibət bildirərkən söyləyib.
Bir gün əvvəl Milli Məclisdə dərmanların kefiyyəti və baha olması ilə bağlı məsələ müzakirə olunub.
Son statistikaya görə ölkəyə idxal olunan dərmanların həcmində artım müşahidə olunur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























