135 saylı məktəbdə şagirdin yıxılması məsələsi araşdırılır - Rəsmi

Bakının 135 saylı məktəbində IX sinif şagirdinin özünü 2-ci mərtəbədən atması məsələsi araşdırılır. Bu barədə Bakı Təhsil İdarəsinin bildirilib.
Adıçəkilən məktəbin şagirdi bu gün məktəbin 2-ci mərtəbəsindən yıxılıb.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir. Hadisə ilə bağlı araşdırma aparılır. Məktəbdən verilən ilkin məlumata görə Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir", - açıqlamada deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























