Yanvarda doğulan və ölənlərin sayı azalıb

2024-cü ilin yanvarında Azərbaycanda 8389 uşaq doğulub ki, bu də ötən ilin eyni dövrü ilə müqayisədə 1546 uşaq azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeydə olunub.
Hesabat dövründə ölkə ərazisində 5518 ölüm halı baş verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 292 ölüm halı azdır.
Hesabatda bildirilib ki, yeni doğulan körpələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,5-dən 9,7-yə düşüb.
Doğulmuş körpələrin 52,1%-i qız, 47,9% oğlandır. Körpələrdən 278-i əkiz, 12-i üçəm doğulub.
Bununla yanaşı ölkədə qeydə alınmış ölüm halları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər
1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,4-ə düşüb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























