Yanvarda boşananların sayı 25% artıb

2024-cü ilin yanvarında 1729 boşanma halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesabat dövründə 3657 nikah bağlanıb ki, bu da 2023-cü ilin yanvarı ilə müqayisədə 8,7% və ya 322 nikah azdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşmüş, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























